Nəşrin mənbələri Birləşmiş Ştatlar tərəfindən məlumatın çatışmazlığından şikayətlənirlər.
“Avropa Tramp administrasiyasında baş verənləri başa düşə bilmir. Çünki ABŞ prezidenti Ukraynaya verdiyi dəstəklə bağlı daha ardıcıl bəyanatlar səsləndirməyə başlayıb, Pentaqon isə bu məsələdə əks mövqe tutur”, - avropalı məmurlardan biri vurğulayıb.
|
| Tramp: “Mənsiz qərar verə bilməzdilər” | VİDEO |
Avropa həmçinin ABŞ-nin hərbi strategiyasına yenidən baxdıqdan sonra bəzi qoşunlarını Avropa ölkələrindən çıxarmaq qərarına gələ biləcəyindən narahatdır ki, bu da onların müdafiə qabiliyyətini zəiflədəcək.
Xatırladaq ki, mənbələrə istinad edən “Axios” portalı dünən ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskiyə “Patriot” hava hücumundan müdafiə (HHM) sistemləri üçün dərhal on raket ötürəcəyi vədini verdiyini yazıb. Tramp həmçinin əlavə tədarük kanallarının tapılmasına kömək etməyə hazır olduğunu deyib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


